Naxçıvan idmançısı ölkə birinciliyinin mükafatçısı olub

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 220 boksçusu gücünü yoxlayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2 məşqçi və 10 idmançının final mərhələsində iştirakı təmin olunub. İdmançılarımızdan biri – 80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Mustafayev uğurlu nəticəyə nail olub. Naxçıvan təmsilçisi birinciliyin bürünc medalına layiq görülüb.
 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti